17 sentyabr 2013 15:54
Rusiya yığması millimizlə oyun öncəsi itki ilə üzləşdi
Futbol üzrə Rusiya yığmasının və “Zenit”in futbolçusu Roman Şirokov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçiriləcək oyunda iştirak etməyə bilər. Azerisport.az xəbər verir ki, sözügedən yarımmüdafiəçi 3 həftəyədək sıradan çıxıb.
32 yaşlı futbolçu Rusiya Premyer Liqasının son turunda “Terek”lə matçın ilk yarısında qasıq nahiyəsindən xəsarət alıb. Nəticədə Şirokov əvəzlənməli olub.
Tibbi müayinədən sonra onun Çempionlar Liqasında İspaniya “Atletiko”su və Avstriya “Austriya”sı, Premyer Liqada isə “Rostov”, “Krılya Sovetov”, “Spartak” və “Tom”la görüşlərdə “Zenit”ə kömək edə bilməyəcəyi müəyyənləşib.
Təcrübəli oyunçunun oktyabrın 11-də Lüksemburq, bundan 4 gün sonra isə Bakıda Azərbaycan millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarında iştirak edib-etməyəcəyi məlum deyil.
