17 sentyabr 2013 16:22
Rail Məlikov əməliyyat olundu (FOTO)
Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan Rail Məlikov İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Azerisport.az klub saytına istinadən xəbə verir ki, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb.
Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib. Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
