17 sentyabr 2013 17:01

Xəzər Lənkərandan 100-cü ev qələbəsi

Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə oyunundakı 2:1 hesablı qələbə “Xəzər Lənkəran” üçün tarixi əhəmiyyət kəsb edib. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək öz meydanını 100-cü dəfə qalib kimi tərk edib.
 
2004-cü ildə əsası qoyulan bu komanda bu matçadək 9 il ərzində 99 ev qələbəsi əldə etmişdi. Etame Mbillanın dublu ilə qazanılan 2:1 hesablı zəfər bu siyahıda 100-cü, yubiley qələbəsi oldu.
 
“Xəzər Lənkəran” 100-cü qələbəsini 171-ci matçında bayram edib. 51 heç-heçə və cəmi 20 məğlubiyyəti olan komanda öz meydanında 304 top vurub və 105-ni buraxıb.
 
100 ev qələbəsindən yalnız biri avrokuboklarda qeydə alındığı halda, 80 dəfə Azərbaycan Premyer Liqası, 19 dəfə kubok çərçivəsində qonaq komandalar məğlub edilib.
 
Qələbələrdən 74-ü Lənkəran şəhər stadionunda əldə olunub. Bundan başqa komanda 14 dəfə Lənkəran Olimpiya İdman Kompleksi, 5 dəfə Mehdi Hüseynzadə adına Sumqayıt, 3 dəfə Tofiq İsmayılov adına Suraxanı qəsəbə, 2 dəfə Cəlilabad, 2 dəfə “Şəfa” və ADBTİA stadionunda qələbə qazanıb.
 
1-ci. 12.08.2004 “Şəfa” 2:1
50-ci. 30.10.2008 NBC 3:0
100-cü. 14.09.2013 “Bakı” 2:1
 
Bunadək son 3 ev oyununda qələbə qazana bilməyən komanda Maltanın “Sliyema Uonderers” klubu ilə Avropa Liqasının I təsnifat mərhələsinin iyulun 11-dəki qarşılaşmasından sonra 65 gün idi 100-cü qələbəni təxirə salırdı. Həmin 1:0 hesablı qələbədən sonra “Xəzər Lənkəran” ümumilikdə 7 matç idi qalib gəlmirdi. Bunların 3-ü evdə, 4-ü səfərdə qeydə alınmışdı. 2 avrokubok və 5 çempionat matçındakı qələbəsizliyə 100-cü ev uğuru ilə son qoyuldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.