17 sentyabr 2013 17:33
Con Toşak imtina etdi, Yuri Syomin aldı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin yeni iş yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”dan ayrılan futbolçu karyerasını “Qəbələ”də davam etdirəcək.
Artıq tərəflər bununla bağlı tam razılığa da gəliblər. Allahverdiyev “Xəzər Lənkəran”dan azad agent kimi ayrıldığı üçün, “Qəbələ” ilə müqavilə bağlamasında problem olmayıb. Razılaşmaya əsasən Elnur ilin sonuna kimi “Qəbələ”də top qovacaq.
Qeyd edək ki, millimizin üzvü bu mövsüm cənub klubunda bir neçə oyuna çıxsa da, baş məşqçi Con Toşak onun komandadan göndərilməsini istəmişdi. Transfer pəncərəsi bağlanması səbəbindən rəhbərlik də Elnurun transfer vərəqəsini verərək, onunla yolların ayrılmasına qərar vermişdi.
