17 sentyabr 2013 17:41
Erik Ramos: Məqsədimiz qələbə qazanmaqdı
“Neftçi”nin futbolçusu Erik Ramos Topaz Premyer Liqasının 7-ci turu “Sumqayıt”la keçiriləcək oyunla bağlı danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Ötən mövsüm “Sumqayıt” klubu ilə səfər matçında uduzmuşduq. Bu bir daha onu göstərir ki, rəqibi qiymətləndirməmək olmaz. “Sumqayıt” gənc futbolçulardan təşkil edilmiş güclü komandadı. Düzdü, mən cəzalı olduğum üçün bu oyunda meydana çıxa bilməyəcəm. Bununla belə “Neftçi”də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var. Məşqçilər korpusunun kimə şans verəcəyindən asılı olmayaraq məqsədimiz qələbə qazanmaqdı. İnanıram ki, komanda yoldaşlarım gözəl oyun nümayiş etdirib azarkeşlərimizə qələbə sevinci yaşadacaq”.
