17 sentyabr 2013 17:53
Kəpəz Neftçalanı Gəncədə qəbul edə bilməyəcək
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci turun bir oyununun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Kəpəz” – “Neftçala” oyunu Tovuz şəhər stadionunda keçiriləcək. Halbuki, öncədən bu oyunun Gəncə şəhər stadionunda baş tutacağı bildirilirdi. Lakin görünür bu arena hələ də tam hazır vəziyyətə gətirilmədiyindən, “Kəpəz” rəqibini Tovuzda qəbul etmək məcburiyyətində qalıb.
Birinci Divizion
2-ci tur
20 sentyabr (cümə)
“Kəpəz” – “Neftçala”
Tovuz şəhər stadionu, 16:00.
