18 sentyabr 2013 19:15

Ramin Musayev: Digər çempionatlarda Elnurun trasnferi ilə bağlı problem yarana bilərdi

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin “Xəzər Lənkəran”dan “Qəbələ”yə transferi böyük mübahisəyə səbəb olub. Azerisport.az xəbər verir ki, onun transfer pəncərəsinin bağlı olduğu bir vaxtda, cənub klubunda bir neçə oyuna çıxdıqdan sonra indi mövsümün qalan dövrünü digər klubda keçirməsinin qanunsuz olduğu bildirilir.

Məhz bu məsələyə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət etdik. Görək o, Allahverdiyevin “Qəbələ”yə keçidi ilə bağlı hansı mövqedədi?

“İlk növbədə onu qeyd etmək istəyirəm ki, hələ bizə Allahverdiyevin bu transferi ilə bağlı heç bir rəsmi sənəd göndərilməyib. Mətbuatda yazılana görə, “Xəzər Lənkəran” klubu bu oyunçu ilə məhz avqustun 31-də baş tutan oyundan sonra yollarını ayırıb. Yəni klub onu transfer pəncərəsinin son günündə azad agent statusu ilə komandadan uzaqlaşdırıb. Əgər bu barədə bizə sənəd təqdim olunsa, Allahverdiyevin digər kluba keçidində heç bir problem olmayacaq. Bu futbolçu Azərbaycan Premyer Liqasında çıxış edir. Təbii ki, digər çempionata keçidi gündəmdə olsaydı, indiki halda problem yarana bilərdi”.

Qeyd edək ki, mübahisə doğuran əsas məqamlardan biri Allahverdiyevin sentyabrın 13-dək “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşə bilməməsi idi. Lakin Con Toşakın qərarını dəyişmək istəməməsi onun klubdan rəsmi şəkildə uzaqlaşdırılması isə nəticələndi.
 
Musayev Allahverdiyevi tənqid olunmasına da münasibət bildirib: “Jurnalistlər ona çox təzyiq göstərirlər. Mən bu tənqidlərin azaldılmasını xahiş edirəm. Tezliklə onun 30 yaşı olacaq. Həm də Elnur yığmanın üzvüdü, bunu nəzərə almaq lazımdı. Daha bir neçə il futbol oynaya bilər. Bütün bu təzyiqlər onun karyerasına mənfi təsir göstərə bilər. Əksinə, indiki halda futbolçunu dəstəkləmək lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.