18 sentyabr 2013 11:33

Səmədov: Azərbaycan ilə oyunda Rusiyanın qələbəsi üçün əlimdən gələni edəcəm

Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovun azerisport.az saytına müsahibəsi
 
- Rusiya yığmasında hazırda necə atmosfer hökm sürür?
- Əla! Futbolçular gözəl başa düşürlər ki, onları dünya çempionatından cəmi iki oyun, iki qələbə ayırır. Həlledici altı xalı qazanmağı çox istəyirik.
 
- Bu oyunlar Lüksemburq və Azərbaycana qarşı olacaq. Sizcə, hansı komanda daha güclüdü?
- Demək çətindi. Bircə şeyi deyə bilərəm ki, bizə hər iki oyunda çox çətin olacaq. Azərbaycanı Moskvada çətinliklə məğlub etdik, onu da son dəqiqələrdəki penalti sayəsində. Lüksemburqla qarşılaşmada isə erkən qol köməyimizə çatdı. Ona görə də arxayınlaşmaq olmaz. Əks halda problemlə üzləşə bilərik.
 
- Yeri gəlmişkən, yığmamızla oyunda təyin olunun həmin penaltinin olmadığını çoxları iddia edir...
- Amma biz bu oyunda kifayət qədər çoxlu qol vəziyyətləri yaratdıq. 5-6 yüz faizli qol vəziyyətimiz oldu. Hər halda layiqli qələbə qazandıq.
 
- Bəs yığmamızla Bakıdakı oyun barədə nə düşünürsüz?
- Bakıda bizi çətin oyun gözləyir. Yaxşı komandanız var. Çox yaxşı təsir bağışlayır. Əminəm ki, onlar Rusiyaya qarşı xüsusi hazırlaşacaqlar. Bizə asan olmayacaq.
 
- İsrail – Azərbaycan matçına baxmısız?
- Ancaq icmalına baxa bildim. Azərbaycan yaxşı oynadı və heç-heçəyə layiq idi. Hər iki komanda rəqib qapısı qarşısında qol vəziyyətləri yaradırdı. Hər iki komanda nəyə qadir olduğunu maksimum göstərməyə çalışdı.
 
- Azərbaycan yığmasının heyətində kimi xüsusi qeyd edərdiniz?
- Qapıçını. O, bir neçə epizodda komandasını yüz faizli qoldan xilas etdi. Özü də, təkcə İsraillə oyunda belə olmayıb. Moskvadakı görüşdə də qapıçınız çox yaxşı oynamışdı.
 
- Azərbaycan yığması əvvəlki dövrlərlə müqayisədə nə dərəcədə dəyişib?
- Çox dəyişiklik olub. İnkişaf hiss olunur. Berti Foqts orda boşuna vaxt keçirmir. Ən azından ona görə ki, istənilən almaniyalı mütəxəssis bir brend, markadı. O da öz statusunu, adını qorumağa çalışır.
 
- Çoxları sizi azərbaycanlı hesab edir. Sizin üçün Bakıda tarixi vətəninizə qarşı oynamaq çətin olmayacaq ki?
- Gəlin bu barədə oyundan sonra danışaq. Çünki öncə hələ bu oyuna dəvət almağım lazımdı. İndidən nəsə danışmaq düzgün olmaz. Bəli, mənim damarlarımda azərbaycanlı qanı axır. Amma baş məşqçi məni meydana buraxsa, Rusiyanın qələbəsi üçün əlimdən gələni etməyə çalışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.