18 sentyabr 2013 11:54
Azərbaycanın Portuqaliya ilə heç-heçəsi (VİDEO)
Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan yığması ötən gecə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız AÇ-2014-ün final mərhələsinə hazırlıq çərçivəsində Portuqaliya yığması ilə qarşılaşıb.
Portuqaliyanın Fundao şəhərindəki qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı millimiz açsa da, bu üstünlüyünü əldən verib və görüş sülhlə başa çatıb – 1:1.
Qeyd edək ki, bu gün sözügedən komandalar daha bir sınaq matçına çıxacaqlar.
