18 sentyabr 2013 12:15
Azərbaycan – Portuqaliya matçının vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun başlanma vaxtı və stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, yığmamızın oktyabrın 10-da Norveçin Drammen şəhərindəki “Marienlyst” stadionunda Norveçlə keçirəcəyi oyunu saat 20:00-da start götürəcək.
Oktyabrın 15-də Bakıdakı “Bayıl Arena”da keçiriləcək Portuqaliya ilə oyun isə saat 16:00-da başlayacaq.
