18 sentyabr 2013 12:36
Xəzər Lənkəran son məşqə çıxıb Bakıya yola düşdü
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində bazar günü AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” Lənkərandakı hazırlığını başa vurub. Azerisport.az xəbər verir ki, bu gün səhər məşqini əsas meydançada keçirən komanda saat yarımlıq hazırlığını tamamlayıb paytaxta yola düşüb.
Səhər məşqində əsasən taktiki çalışmaları yerinə yetirilib. Zədəli futbolçu Adrian Skarlatake hələ ki, komanda ilə birgə hazırlığa qatıla bilmir. Bu gün paytaxta çatdıqdan sonra istirahətə buraxılacaq “Xəzər Lənkəran” sabahdan etibarən “Bayıl Arena”nın süni örtüklü meydançasında AZAL-la oyunun Bakı hazırlığına start verəcək. İki gün adıçəkilən arenada məşq keçəcək komanda şənbə günü matçın keçirələcəyi meydanda, Mərdəkanda oyun öncəsi son məşqinə çıxacaq.
