19 sentyabr 2013 00:44
Ramin Musayevdən Super Kubok oyunu ilə bağlı yeni açıqlama
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev son ölkə çempionu “Neftçi” ilə kubokun qalibi “Xəzər Lənkəran” arasında keçirilməli olan Super Kubok matçı ilə bağlı yeni açıqlama verib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Yaxın vaxtlarda klublarla bu oyuna görə danışıqlar aparacağam. Hələ ki, dəqiq tarix söyləmək çətindi. Mənə qalsa, bu oyunun ölkə xaricində keçirilməsini istərdim. Amma hər şey mənim arzularımdan asılı deyil. Gəlin bir qədər də gözləyək. “Neftçi” ilə “Xəzər Lənkəran”dan razılıq alan kimi, oyunun nə vaxt və harda keçiriləcəyini açıqlayacağıq”.