19 sentyabr 2013 00:12
Branimir Subaşiçli Orduspor Manisaspora qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da bu gün növbəti matçına çıxıb.
Serb əsilli milliləşən futbolçumuzun komandası evdə “Manisaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Erkan Sözeri millimizin üzvünə bu oyunda da start heyətdə şans verib. O, fasilədə əvələnib. 25-ci dəqiqədə isə millimizin forvardı sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 10 xal toplaya bilib və ikinci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
18 sentyabr
Orduspor - Manisaspor - 2:0
