19 sentyabr 2013 00:06
Quliyevsiz Kahramanmaraşspor 4 qola üzüldü (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Mersin İdmanyurdu”yla qarşılaşıb. Meydan sahibləri darmadağnla qalib gəliblər.
Futbolçumuzun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Fəridin adı bu oyunun da iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Kahramanmaraşspor” hazırda cəmi 1 xal toplaya bilib və sonuncu - 19-cu pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
18 sentyabr
Mersin İdmanyurdu - Kahramanmaraşspor - 4:1
