19 sentyabr 2013 00:01
Kərimisiz Fethiyespor yenə uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Ankaraspor”la qarşılaşıb. Görüş "Fethiyespor"un məğlubiyyəti ilə başa çatıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz bu oyunun da ilk "18-liy"ində yer almayıb.
Qeyd edək ki, “Fethiyespor” geridə qalan turlarda 3 xal toplayıb və hazırda 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
18 sentyabr
Ankaraspor - Fethiyespor - 2:1
