19 sentyabr 2013 00:48
Popoviç ehtiyatda qaldı, Usim Nduka 90 dəqiqə oynadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda səfərdə “Şanlıurfaspor”la qarşılaşıb. Görüş sülhlə bitib.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Nduka son oyunlarda olduğu kimi, yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Popoviç isə ehtiyatda qalıb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 5 xalla 12-ci pillədə qəraraşıb.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
18 sentyabr
Şanlıurfaspor - Tavşanlı Linyitspor - 1:1
