18 sentyabr 2013 13:59
Bruno Bertuççi: Hakim haqlı olaraq məni meydandan kənarlaşdırdı
“Neftçi”nin futbolçusu Bruno Bertuççi “Sumqayıt”la oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Ötən tur “İnter”lə qarşılaşmada qırmızı vərəqə aldım. Oyunun gərginliyi futbolçulara da sirayət etdiyindən, həmin epizodda hakim haqlı olaraq həm məni, həm də rəqib futbolçunu meydandan kənarlaşdırdı. Bu səbəbdən də “Sumqayıt”la oyunda komandama kömək edə bilməyəcəm. Çempionat uzun marafon olsa da, burada hər xal üçün mübarizə aparmalısan. Ona görə də heç bir matça arxayın çıxmamalıyıq. Azarkeşlərimiz də bilsinlər ki, səfər oyunlarında onların dəstəyinə daha çox ehtiyacımız var. İnanmıram ki, mənim oynamamağım nəticəyə təsir etsin. “Neftçi”də hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır. Bu səbəbdən də meydana hansı futbolçu çıxsa qələbə üçün əlindən gələni edəcək”.
