18 sentyabr 2013 14:27
Karlos Kardoso: Hədəfimiz 4-cü çempionluqdu!
“Neftçi”nın futbolçusu Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, braziliyalı müdafiəçi Premyer Liqanın 7-ci turunda keçiriləcək “Sumqayıt”la oyun haqda fikirlərini bildirib:
“Neftçi” ardıcıl 3 dəfə ölkə çempionu olub. Hədəfimiz ardıcıl 4-cü çempionluqdu. Bunda pay sahibi olmağım üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düzdü, “Sumqayıt” klubu “Neftçi” ilə müqayisədə zəif hesab oluna bilər, amma bu bizim arxayınlaşmağımız üçün əsas deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Qələbə qazanıb azarkeşləri sevindirmək, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək istəyirik”.
