18 sentyabr 2013 16:52
İnter Bakı ilə matça hazırlaşır (FOTOREPORTAJ)
“İnter”in əvəzedici komandası 7-ci turun “Bakı” ilə keçiriləcək oyununa hazırlaşır. Azerisport.az xəbər verir ki, bu gün gənc futbolçular bir dəfə məşq ediblər.
“Şəfa” stadionunda baş tutan məşq prosesində komanda taktiki tapşırıqlar üzərində çalışıblar və topla bir sıra tapşırıqları yerinə yetiriblər.
Xatırladaq ki, əvəzedicilər arasında keçirilən Azərbaycan Çempionatında 7-ci turun qarşılaşması sentyrabrın 20-də baş tutacaq.
Əlavə edək ki, 6 turdan sonra “İnter”in ikinci komandasının aktivində 13 xal var və bu nəticəylə komanda turnir cədvəlində 1-ci yeri tutur.
