18 sentyabr 2013 17:34
Platininin Bakıya səfəri daha 4 oyunun başlama vaxtı və keçirilmə yerini dəyişdirdi
Topaz Premyer Liqasının və əvəzedici heyətlərin 7-ci turunun oyunlarının başlama vaxtı və keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, son dəyişikliklərə əsasən 7-ci turun aşağıdakı göstərilən oyunları bu tarixlərdə və yerlərdə keçiriləcək:
Əvəzedicilərin çempionatı
7-ci tur
20 sentyabr (cümə)
“Qarabağ” – “Simurq”
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 16:00
“Neftçi” - Sumqayıt”
“Bayıl Arena” stadionu, 17:00
Topaz Premyer Liqası
7-ci tur
21 sentyabr (şənbə)
“Qarabağ” – “Simurq”
“Dalğa Arena” stadionu, 19:30
“İnter” – “Bakı”
“Şəfa” stadionu, 17:00.
Qeyd edək ki, bu oyunlarla bağlı dəyişikliklərin UEFA prezidenti Mişel Platininin ölkəmizə səfəri ilə bağlı olduğu bildirilir. Böyük ehtimalla o, sentyabrın 21-də “Qarabağ” – “Simurq” matçını canlı izləyəcək. Maraq üçün bildirək ki, bu görüşün öncədən Tofiq Bəhramov adıan Respublika stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.
