19 sentyabr 2013 11:32
Land of Fire Azerbaijanla Çempionlar Liqasında ilk qələbə (FOTOREPORTAJ)
UEFA Çempionlar Liqasınını qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Bakı”nın tərəfdaşı, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko” klubu da G qrupunda ilk oyununa çıxıb.
İspaniya təmsilçisi doğma meydanda Rusiyanın “Zenit" klubunu qəbul edib və inamlı qələbə qazanıb - 3:1. Bu qrupun digər oyununda isə "Portu" (Portuqaliya) "Austriya"nın (Avstriya) qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
