19 sentyabr 2013 11:53

Atletikonun futbolçusu ÇL oyununda meydana Azərbaycan reklamı olmadan çıxdı

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasınını qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Bakı”nın tərəfdaşı, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko” klubu da G qrupunda ilk oyununa çıxıb.
 
İspaniya təmsilçisi doğma meydanda Rusiyanın “Zenit" klubunu qəbul edib və inamlı qələbə qazanıb – 3:1. Sözügedən qarşılaşmada çox maraqlı bir hadisə də yaşanıb. Belə ki, oyuna sonradan daxil olan Leo Baptistao komanda yoldaşlarından fərqli olaraq, meydana “Azerbaijan Land of Fire” reklamı olan formayla çıxmayıb. Meydana çıxandan az sonra isə o, qol vurmağa da imkan tapıb.
 
İstisna olunmur ki, forma qaydalarını pozduğuna görə, Madrid təmsilçisi UEFA tərəfindən cəzalandırılsın. Lakin şübhəsiz ki, onun bu hərəkəti hamıdan daha çox azərbaycanlı azarkeşləri təəccübləndirmiş oldu. Elə isə görək 21 yaşlı futbolçu ölkəmizlə bağlı reklam olmayan formanı geyməsi təsadüfdü, yoxsa bunu qəsdən edib?

Aydın məsələdi ki, sözügedən məsələ İspaniya mətbuatında da geniş müzakirə mövzusuna çevrilib. Məhz yerli mətbuatın əldə etdiyi məlumata görə, braziliyalı futbolçu sadəcə kiçik bir yanlışlığa yol verib. O, paltardəyişmə otağından çıxarkən formaları səhv salıb: “O qədər tələsirdim ki, geyməli olduğum formanı götürmək əvəzinə başqa formanı götürmüşəm”.
 
Lakin onun bu hərəkəti klub rəhbərliyinin də ürəyincə olmayıb. Hər halda onlar oyunçunun işinə münasibətindən narazılığını ifadə ediblər. Düzdü, Baptistao vurduğu qoldan sonra formasını dərhal dəyişdirib və üzərində reklam olan idman geyimi ilə meydana dönüb. Amma onun bu hərəkətinə görə cəzalanacağı gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.