19 sentyabr 2013 12:04
Musayev: İK-nın qərarları ədalətli və qanun çərçivəsindədi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev klub rəsmilərinin İntizam Komitəsinin qərarlarından şikayətçı olması barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"İK-nın qərarlarıyla tanış deyiləm. Kimin nə qədər cəzalandırılması barədə məlumatsızam. Ona görə şərh vermək istəməzdim. Sadəcə çempionatın əvvəlindən təsdiqlənən və hamının bildiyi qaydalar var. İK həmin qaydalara əsasən cəza tətbiq edir. Təkcə onu deyə bilərəm ki, bütün qərarlar ədalətli və qanun çərçivəsindədi”.
