20 sentyabr 2013 00:39
Yunisoğlu 90 dəqiqə oynadı, İsayev izlədi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Denizlispor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda səfərdə “Bucaspor”la qarşılaşıb. Görüş dənizlilərin məğlubiyyəti ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Arif bu oyunun iştirak ərizəsində yer almayıb. Saşa isə 90 dəqiqə mübarizə aparmaq şansı qazanıb. O, 84-cü dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, “Denizlispor” hazırda 4 xalla 16-cı pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
19 sentyabr
Bucaspor - Denizlispor - 1:0
