20 sentyabr 2013 00:23
Rəvan Qəbələdə son məşqinə çıxdı (FOTO)
"Rəvan” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ” ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, paytaxt komandası artıq bu oyuna hazırlığı başa vurub.
Ötən gün yol yorğunluğunu təxminən 2 saatlıq istirahətlə çıxardıqdan sonra Qəbələ şəhər stadionuna yollanan komanda 1 saata yaxın məşq edib. Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrılıb. Ardından "kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən, asmaların qapanması və qapıya zərbələr üzərində işləyən futbolçular oyuna hazırlığı tamamlayıblar.
Qeyd edək ki, "Qəbələ” – “Rəvan” oyunu bu gün saat 17:00-da başlayacaq. Görüş "İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
