20 sentyabr 2013 00:34

Liderlərin ev sınağı: kim büdrəyəcək?

Bu həftə Topaz Premyer Liqasında 7-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək turun üç qarşılaşması Bakıda, ikisi paytaxtdan kənarda baş tutacaq.
 
Tura cümə günü keçiriləcək bir oyunla start veriləcək. “Qəbələ” doğma divarlar arasında “Rəvan”ı qəbul edəcək.  Turun açılış matçında üz-üzə gələcək rəqiblərin qarşılaşmaları məhsuldarlığı ilə diqqət çəkir. 4-dən az qolun vurulmadığı əvvəlki 4 görüşdə meydan sahibi olan tərəf xala həsrət qalır. Qələbə sayında bərabərlik olsa da, “Qəbələ” top fərqində üstünlüyə malikdi – 10:7. Əvvəlki ssenarinin təkrarlanacağı halda, “Rəvan” bu oyundan qalib ayrılmalıdı. Amma nəzərə alsaq ki, paytaxt klubu yenicə özünə gəlməyə başlayır və “Qəbələ” bu mövsüm Yuri Syominin rəhbərliyi altında daha iddialı çıxışı ilə seçilir, bu komandanın səfərdən 3 xalla dönməsi o qədər də inandırıcı görünmür. Qalib gələcəyi halda, bölgə təmsilçisinin lider olmaq şansı da yaranacaq. Təbii ki, digər oyunların nəticəsindən asılı olmaq şərtilə.
 
İkinci oyun günündə üç görüş baş tutacaq. Ən maraqlı qarşılaşmalardan biri “Şəfa” stadionunda keçiriləcək. Burada iki paytaxt klubu - “İnter”lə “Bakı” üz-üzə gələcək. 35-ci paytaxt derbisi ərəfəsində “İnter” qələbə, “Bakı” top fərqində üstünlüyə malikdi. “Bankirlər” 14, “zolaqlılar” 13 qələbəyə seviniblər. Bu komandaların daha yeddi qarşılaşmasında isə qalib müəyyənləşməyib. Top fərqində də “Bakı” minimal fərqlə öndədi – 28:27.
 
Son 3 oyunda qələbə qazanan “İnter” ardıcıl 6 matçdı ki, bu rəqibinə məğlub olmur. “Bakı” isə son 4 mövsümdə rəqib meydanında yalnız 1 dəfə qələbə qazanıb ki, bu da texniki qələbə sayəsində mümkün olub. Lakin bu mövsüm komandalar fərqli qrafik cızırlar. Üç oyunda məğlub olmasına baxmayaraq, Milinko Pantiçin komandası daha inamlı çıxışı ilə seçilir. Bu üzdən onsuz da tarixinin ən pis dönəmini keçirən “bankirlər”in “Bakı”ya qalib gəlmək şansları yüksək qiymətləndirilmir. Hər halda son turda “Xəzər Lənkəran”a da uduzan “zolaqlılar”ın ardıcıl ikinci məğlubiyyətə imkan verməyəcəyini gözləmək olar.
 
Son çempion və çempionatın şərikli liderlərindən olan “Neftçi” bu tur “Sumqayıt”ın qonağı olacaq. 5-ci dəfə qarşılaşacaq komandaların duelləri məhsuldar alınır. 4 görüşdə ümumilikdə 21 qol vuran rəqiblərin matçlarında 3-dən az top vurulmur. “Neftçi” isə hər qarşılaşmada minimum 2 dəfə rəqib qapısına yol tapır. “Sumqayıt” bu oyunlardan birində “ağ-qaralar”a qalib gələ bilibsə, qalan görüşlərdə uduzub. Bir sözlə sülh tanımayan komandaların görüşlərində top fərqi də “Neftçi”nin xeyrinədi – 17:4. Bu mövsüm də inamlı çıxışı ilə seçilən paytaxt klubunun bu rəqibini asanlıqla məğlub edəcəyini gözləmək olar. Amma “Sumqayıt” da ən azından bu rəqibindən xal almağa çalışacaq. Hər halda ötən mövsüm səfərdə 1:8 hesablı məğlubiyyətin qisasını almaq üçün heç-heçə də Aqil Məmmədovun komandasının uğuru kimi qiymətləndirilə bilər.
 
Çempionatın digər lideri “Qarabağ” isə “Simurq”u qəbul edəcək. 17-ci dəfə Zaqatala klubu ilə qarşılaşacaq ağdamlılar yalnız top fərqində rəqibinə uduzur. Belə ki, “Simurq” bu göstəricidə rəqibindən öndədi – 1:12. Daha çox - 6 dəfə heç-heçənin qeydə alındığı görüşlərdə komandalar eyni sayda (5) qələbəyə malikdilər. Son 5 oyunda isə meydan sahibləri uduzmur. Qurban Qurbanovun komandası son oyunlardakı xal itkisini unutdurmaq üçün mütləq qələbə qazanmağa çalışacaq. Amma işləri o qədər də pis getməyən “Simurq”un da paytaxta uduzmaq üçün gəlmədiyi bəllidi.
 
Nəhayət, turun qapanış matçında AZAL ilə “Xəzər Lənkəran” üz-üzə gələcək. “Təyyarəçilər”i 21-ci dəfə sınağa çəkəcək “Xəzər Lənkəran” bu matçlarda böyük üstünlüyə malikdi. Bu komanda geridə qalan oyunlarda 12 qələbəyə sevinib. AZAL cəmi 4 qələbə qazandığı halda, daha 4 qarşılaşmada da heç-heçə qeydə alınıb. Amma cənublular son 3 görüşdə bu komandaya qalib gələ bilmir. Top fərqində də Con Toşakın komandası öndədi – 25:12. Son turda “Bakı”nı məğlub etməklə ilk qələbə sevincini yaşayan cənub təmsilçisi uğurunun davamını gətirməyi hədəfləyib. Vaqif Sadıqovun yetirmələri isə son turun “Qəbələ”yə məğlubiyyətini unutdurmağa çalışacaqlar.
 
Topaz Premyer Liqası
7-ci tur
20 sentyabr (cümə)
 
17:00. Qəbələ – Rəvan
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.
 
21 sentyabr (şənbə)
 
17:00. İnter – Bakı
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Şəfa” stadionu.
 
19:00. Neftçi – Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. "Bakcell Arena".
 
19:30. Qarabağ – Simurq
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "Dalğa Arena".
 
22 sentyabr (bazar)
 
19:00. AZAL – Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Elman Musayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. “AZAL Arena”.
 
1 Qarabağ 6 4 1 1 11 4 +7 13
2 Neftçi 6 4 1 1 10 5 +5 13
3 Qəbələ 6 4 0 2 10 7 +3 12
4 AZAL 6 4 0 2 7 7 0 12
5 Simurq 6 3 1 2 7 6 +1 10
6 Bakı 6 3 0 3 13 5 +8 9
7 XL 6 1 3 2 3 6 –3 6
8 Sumqayıt 6 1 1 4 5 12 –7 4
9 Rəvan 6 1 1 4 3 15 –12 4
10 İnter 6 1 0 5 11 13 –2 3
 
Bombardirlər:
4 - Mindauqas Kalonas (Bakı).
3 - Cavid Hüseynov (Bakı), Vaqif Cavadov (İnter), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter), Viktor Mendi (Qəbələ), Con Oluremi (AZAL), Stepan Polyak (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.