20 sentyabr 2013 00:45
Ruslan Abışovsuz Rubindən Avropa Liqasında darmadağın
Rusiyanın “Rubin” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası səfərdə Sloveniya “Maribor”u ilə qarşılaşıb.
Görüş kifayət qədər məhsuldar alınıb. 7 qolun vurulduğu oyunda qələbə Rusiya təmsilçisinə qismət olub – 5:2.
Ruslan bu oyunda iştirak etməyib. O, son məşqlərin birində zədəli olduğundan ümumiyyətlə oyunun iştirak ərizəsində yer almayıb.
