19 sentyabr 2013 12:58
Subaşiç: Əvəzlənməyimi özüm baş məşqçidən xahiş etdim
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç ötən gecə keçirilən Türkiyənin PTT Birinci Liqasının fasiləsi zamanı əvəzlənməsinin səbəbini açıqlayb. “Orduspor”un forvardı azerisport.az saytına müsahibəsində bildirib ki, o, “Manisaspor”la qarşılaşmanın ilk yarısından sonra öz istəyi ilə əvəzlənib:
“Mən birinci hissənin gedişində ayağımda ağrılar hiss etməyə başladım. Başa düşdüm ki, artıq oynaya bilməyəcəm. Ona görə də baş məşqçidən əvəzlənməyimi xahiş etdim. Zədəmin nə dərəcədə ciddi olduğuna tibbi müayinədən sonra aydınlıq gələcək”.

Qeyd edək ki, Subaşiçin meydanda olmadığı ikinci hissədə komandası iki qol vuraraq inamlı qələbə qazanıb.