19 sentyabr 2013 13:49

Ağabala Ramazanov: İndi cədvəldə olduğumuz pillə əsl gücümüzü göstərmir

“Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovun azerisport.az saytına müsahibəsi
 
- Cari mövsüm “Xəzər Lənkəran” ilk qələbəsini “Bakı” üzərində qazandı. Buna nail olmaq nə dərəcədə çətin oldu?
- Komanda başa düşürdü ki, artıq qələbə qazanmağa borcluyuq. Son oyunlarda yaxşı təsir bağışlasaq da, nəticə yox idi. Qələbə qazanmağa borclu olduğumuz görüşlərdə meydanı 1 xalla tərk edirdik. “Bakı” ilə oyunda bizi yalnız qələbə razı sala bilərdi. Oyuna baxanlar gördü ki, layiqli qələbə qazandıq. Çoxlu sayda qol şanslarımız oldu. Sadəcə olaraq 2 qol vurduq. İndi bu qələbə bizə qarşıdakı oyunlarda kömək olmalıdı.
 
- XL ilk qələbəsini 6-cı turda qazandı. Bunun başlıca səbəbi nədi?
- Komandamızda yaxşı futbolçular toplaşıb. Hər oyuna qələbə üçün çıxırıq. Sadəcə oyunumuz alınmırdı. Sanki hələ “Makkabi”yə ağır məğlubiyyəti unuda bilməmişik. Həmin oyunu unutmaq o qədər də asan deyil. Böyükhesablı məğlubiyyət bütün komandanı sarsıtdı. İndi özümüzə gəlməyə çalışırıq.
 
- Bəlkə hücumçularınız zəif olduğu üçün rəqiblərə qol vurmaqda çətinlik çəkirsiniz?
- “Xəzər Lənkəran”da ən yaxşı hücumçular toplaşıb. Ötən mövsüm Nikolas Kanalesdən sonra bombardirlər siyahısında ikinci olan Franko Nildo bizim heyətdədi. Mbila Etame da həmçinin yaxşı futbolçulardandı. Bəxtsizlik ucbatından çoxlu sayda xal itirdik. Bizim sadəcə bəxtimiz gətirmir. Artıq başa düşürük ki, xal itirmək limitimiz bitib. Yalnız qələbə bizi sevindirə bilər. Azarkeşlərimiz həmişə bizə dəstək olub. Onlar hər turda bizdən qələbə gözləyir. Azarkeşləri sevindirmək borcumuzdu.
 
- Axı Nildo AZAL-dakı kimi inamlı təsir bağışlamır...
- Fikrinizlə razı deyiləm. Nildo çox yaxşı futbolçudu. Komanda oyunu nümayiş etdirir. Hər zamanda ümumi nəticənin yaxşı olması üçün çalışır. Bəlkə hələ bütün potensialını göstərə bilmir. Amma onun komandamızda rolu az deyil. Qarşıdakı matçlarda ondan gözləntilərimiz daha çoxdu.
 
- AZAL ilə oyuna hazırlıq necə gedir?
- Artıq Bakıda məşqləri davam etdirəcəyik. “Bakı” ilə qələbədən sonra AZAL ilə oyuna da yalnız 3 xal üçün çıxacağıq. Son turda “Qəbələ”yə məğlub olmaları işimizi çətinləşdirir. İndi “təyyarəçilər” daha aqresiv oynayacaq. Cari mövsüm AZAL yaxşı təsir bağışlayır. Qol vurmağı və xal qazanmağı bacarır. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Adi səhv baha başa gələ bilər. Əgər “Bakı” ilə oynadığımız kimi oynasaq, qələbə bizim olacaq.
 
- Rəqibin heyətində kimi fərqləndirərdin?
- AZAL-ın ən böyük üstünlüyü komanda oyunu göstərməsidi. Hər bir futbolçu tək məqsəd üçün oynayır. Müdafiədən hücuma asanlıqla keçirlər. Rəqibin səhvini bağışlamırlar. İlk turlardan sonra yuxarı pillələrdə qərarlaşmaları səbəbsiz deyil. Bu komanda ardıcıl 2 oyun evdə uduzmaq istəməz. O mənada işimiz çətin olacaq.
 
- Bu qədər itirilən xallardan sonra medallar uğrunda şanslarınız var?
- Şansımız öz əlimizdədi.Heç kim xal itkisindən sığortalanmayıb. Ən vacib mübarizə irəlidədi. Bundan sonra maksimum xal toplasaq, layiq olduğumuz yerdə qərarlaşarıq. İndi cədvəldə olduğumuz pillə əsl gücümüzü göstərmir. XL daha yüksək yerlərə layiqdi. Yüksək yerlər tutmaq şansımız var. Bunun üçün hər oyuna son matç kimi çıxmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.