19 sentyabr 2013 14:36
Kurban Berdıyev Ruslan Abışovun zədəsindən danışdı (VİDEO)
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov zədələnib. Azerisport.az xəbər verir ki, bu barədə Kazan klubunun baş məşqçisi Kurban Berdıyev məlumat verib.
Həmyerlimizin komandası bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Berdıyev məhz “Maribor”la oyun öncəsi keçirilən mətbuat konfransında Ruslanın zədəlilər sırasında olduğunu bildirib. Belədə, futbolçumuzun bu gün baş tutacaq qarşılaşmada forma geyməyəcəyi dəqiqləşib.
