19 sentyabr 2013 15:32
Bakı İnterlə oyuna ciddi itkilərlə hazırlaşır
“Bakı” Topaz Premyer Liqasının 7-ci turunda qarşılaşacağı "İnter"lə oyuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus təlim-məşq bazasında hazırlaşır.
Fiziki və taktiki təmrinlərdən ibarət olan son məşq isinmə hərəkətləri ilə başlayıb. Hazırlıq qapıya zərbələrlə bitib.
Elvin Әliyev və Vüqar Mustafayev zədəli olduqlarından məşqdə iştirak etməyiblər. Mario Alvares, Ruben Martines və Mario Horvat komandadan ayrı çalışıblar.
Xatırladaq ki, Topaz Premyer Liqasının 7-ci turu cərçivəsində keçiriləcək "İnter" - "Bakı" oyunu setyabrın 21-də "Şəfa" stadionunda baş tutacaq və saat 17:00-da start götürəcək.
