19 sentyabr 2013 15:53
Milinko Pantiç: İnterlə oyun bizim üçün çox vacibdi
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 7-ci turunda qarşılaşacaqları "İnter"lə oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Bu oyun bizim üçün çox vacibdi. "İnter"in turnir cədvəlində tutduğu yerə baxmayaraq, bu komandaya qarşı ciddi hazırlaşırıq. Ən azından ona görə ki, bu bir Bakı derbisidi".
Xatırladaq ki, Topaz Premyer Liqasının 7-ci turu cərçivəsində keçiriləcək "İnter" - "Bakı" oyunu setyabrın 21-də "Şəfa" stadionunda baş tutacaq və saat 17:00-da start götürəcək.
