19 sentyabr 2013 16:10

“Bu, mənfi nəticlərə gətirib çıxara bilər”

"Çox zəngin və yaxşı futbolçulardan ibarət heyətimiz var. Hamı öz üzərində səylə çalışır. Kollektivdə rəqabət mövcuddu. Mən də bir futbolçu kimi oynamaq, komandama kömək etmək istəyirəm. Bununçün daim öz üzərimdə işləyirəm, oyundan oyuna daha yararlı olmağa çalışıram".
 
Azerisport.az xəbər verir ki, bu sözləri sabah Premyer Liqanın 7-ci turu çərçivəsində baş tutacaq "Qəbələ" - "Rəvan" oyunu öncəsi "qırmızı-qaralar"ın futbolçusu Viktor Mendi söyləyib. Mövsümə uğurlu start verən və arxada qalan 6 matçda 3 dəfə fərqlənən Mendi uğurunu gələcək matçlarda davam etdirəcəyinə inandığını bildirib.
 
Hücumçu ötən tur debüt edən Daniel Subotiç və "Rəvan" matçı ilə bağlı fikirlərini də açıqlayıb:
 
"Çempionata startımızı normal saymaq olar. Hazırda 3-cü pillədəyik və liderlə bizi yalnız 1 xal ayırır. Liderliyə yüksəlmək üçün qələbələrimizi sıralamalıyıq. Bu hədəfə çatmaq üçün mən də hücumçu kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İnanıram ki, qollarımım ardı gələcək. AZAL-la matçda hücumçumuz Daniel Subotiç debüt etdi. Əslində Subotiçlə uzun zamandır birlikdə məşq edirik. Amma rəsmi görüşdə ilk dəfə ötən həftə birlikdə oynamaq qismət oldu. Daniel çox güclü futbolçudur. Debütü uğurlu alındı. Onunla oyunumuz da yaxşı alınır. O, qolları ilə hələ qarşıdakı oyunlarda komandaya çox kömək edəcək. O ki qaldı "Rəvan"la matça, sözügedən qarşılaşmaya ciddi hazırlaşmışıq. Düzdür, rəqibimiz turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Lakin buna fikir vermirik. Bütün oyunlara eyni ciddiyətlə yanaşırıq. Başqa cür yanaşma mənfi nəticlərə gətirib çıxara bilər. İnanıram ki, qalib gəlib uğurlu çıxışımızı davam etdirəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.