19 sentyabr 2013 17:22

Türkiyə mətbuatından şok iddia: Yılmaz Vural yığmamızla Neftçinin baş məşqçisi ola bilər

Futbol üzrə Azərbaycan yığmasını türkiyəli tanınmış mütəxəssis Yılmaz Vural çalışdıra bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, yığmamızın hazırkı baş məşqçisi Berti Foqts bu ilin sonunda Azərbaycan millisindən ayrılacaq. Onu əvəzləməyə əsas namizədlərdən biri isə Vural olacaq. Hətta AFFA-nın milli komandada boşalacaq baş məşqçi postu üçün isə Yılmaz Vurala təklif göndərdiyi də iddia olunur.
 
Daha bir maraqlı iddia isə, onun yığmamızla yanaşı “Neftçi”ni də çalışdıracağı ilə bağlıdı. Guya o, eyni vaxtda hər iki komandanın sükanı arxasında çalışacaq.
 
Həmkarlarımızın iddiasına görə, türk mütəxəssis sentyabrın 22-də Bakıya gələcək və prezident İlham Əliyevlə görüşəcək. Türkiyədə 23 klub çalışdırmış Yılmaz Vuralın Azərbaycandan gələn təklifə müsbət yanaşdığı və qəbul edəcəyi deyilir. Onun hətta gələn həftənin bazar ertəsi işə başlayacağı da iddia olunur. Lakin bu məlumatların nə dərəcədə həqiqətəuyğun olduğu hələlik bəlli deyil.
 
Artıq Yılmaz Vural özü də bu xəbərlərə münasibət bildirib. O, bu məlumatların bəzisini təkzib etməsə də, hələlik rəsmi təklif almadığını açıqlayıb: “sentyabrın 22-də Azərbaycanın unudulmaz lideri Heydər Əliyev adına düzənlənəcək mərasimə dəvət almışam. Ardından yenə Bakıda açılışı olacaq idman kompleksinin qonağı olacağım. AFFA prezidentinin və digərlərini məni istədiyini bilirəm. Ancaq rəsmi bir təklif yoxdu. Mən Azərbaycana indi sadəcə dəvət olunduğuma görə gedirəm. Əgər mənə rəsmi bir təklif olunsa, orada görüşüb, məsələni dəqiqləşdirərəm. Artıq onlarla anlaşdığım və imza atdığım barədə xəbərlər isə doğru deyil".
 
Qeyd edək ki, 1986-cı ildən məşqçilik edən bu mütəxəssis Türkiyənin “Malatyaspor”, “Antalyaspor” (2 dəfə), “Samsunspor”, “Bursaspor” (3 dəfə), “Karşıyaka”, “Adanaspor” (2 dəfə), “Gaziantepspor”, “Eskişehirspor”, “Sarıyer”, “Trabzonspor”, “Gençlerbirliği”, “Konyaspor” (2 dəfə), “Çanakkale Dardanelspor”, “Denizlispor”, “Diyarbakırspor”, “Çaykur Rizespor”, “Ankaragücü”, “Manisaspor”, “Kocaelispor”, “Kasımpaşa”, “Sakaryaspor” klublarında çalışıb. Onun son iş yeri isə “Elazığspor” olub.
 
Yılmaz Vural indiyə qədər heç vaxt yığma komandalarda çalışmayıb.
 
Maraq üçün bildirək ki, bu mütəxəsis həddən artıq çılğınlığı ilə tanınır. O, bu hərəkətlərilə daim yerli mətbuatın gündəmində olmağı bacarıb. Vural həm də öz sərt və baməzə açıqlamaları ilə məşhurdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.