20 sentyabr 2013 18:29

Fransanın Azərbaycandakı səfiri və Atletikonun rəsmiləri Bakının bazasında

“Bakı”nın Fransanın “Lans” klubu ilə əməkdaşlığı yeni üfüqlər açmaqdadı. Azerisport.az xəbər verir ki, artıq hər iki ölkə arasında olan münasibətlər Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin də diqqət mərkəzindədi.
 
Belə ki, cənab Mönye bu gün “Bakı” futbol klubunun təlim-məşq bazasının qonağı olub. Səfir ilk növbədə burda yeniyetmə və gənc futbolçulara yaradılmış şəraitlə tanış olub, ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baş çəkərək, “Bakı”nın üzvləri ilə görüşüb.
 
Qeyd edək ki, bu gün həmçinin Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin və Marketinq, Korporativ Əlaqələr və Beynəlxalq Layihələr üzrə baş meneceri Emilyo Qutyerres Bolloza da klubun qonağı olub. Daha sonra “Bakı”nın texniki heyəti və rəsmi şəxsləri ilə şəkil çəkdirən qonaqlar “zolaqlılar”ın prezidenti Hafiz Məmmədovla görüşüblər.
 
Cənab Mönye ziyarət zamanı “Bakı” və “Lans”ın əməkdaşlığının iki ölkə üçün vacibliyini vurğulayıb. Öz növbəsində Xil Marin də Madrid “Atletiko”su ilə işbirliyinin İspaniya və Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də idman əlaqələrinin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.
 
Ardından Hafiz bəy qonaqlara təşəkkürünü bildirərək, Fransa və İspaniya ilə yaradılmış çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək istəyi haqda məlumat verib. Azərbaycanda futbolun inkişafında ölkə prezidenti cənab İlham Əliyevin böyük rolunu xüsusi vurğulayan Məmmədov səfirə “Bakı”nın tarixi nailiyyətlərindən və infrastruktur quruculuğundan da danışıb. Görüşün sonunda Hafiz bəy cənab Mönyeyə “Bakı”nın formasını hədiyyə edib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.