20 sentyabr 2013 19:16
“Qəbələnin hücumçularının yüksək ustalıq səviyyəsi öz sözünü dedi”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibi qazanılan qələbə ilə təbrik edirəm. Oyunda topa daha çox sahib olsaq da, “Qəbələ”nin hücumçularının yüksək ustalıq səviyyəsi öz sözünü dedi. Oyunöncəsi məşqdə Aqil Nəbiyevin zədələnməsi də komandaya müəyyən qədər təsir etdi. Sona kimi mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm”.
