20 sentyabr 2013 19:27
Yuri Syomin: İkinci hissənin axırlarına yaxın komandamın oyunu məni qane etmədi
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı oynadıq, ilk hissədə iki qol vurduq. Hər iki hissədə hücumlarımız oldu. Meydança da əla vəziyyətdədir. 3:0 qalib gəldik. Ancaq ikinci hissənin axırlarına yaxın komandamın oyunu məni qane etmədi”.
