20 sentyabr 2013 11:14
İsgəndər Cavadovun oğlu vəfat edib
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadovun ailəsinə ağır itki üz verib. Azerisport.az xəbər verir ki, İsgəndər Cavadovun oğlu Sübhan Cavadov vaxtsız vəfat edib.
25 yaşlı Sübhan ürək dayanması nəticəsində yuxuda ikən dünyasını dəyişib. O, Lənkəranda ezamiyyətdə olub və son vaxtlara qədər AFFA-nın marketinq şöbəsində işləyib.
Bu məlumatı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu da təsdiqləyib.
Azerisport.az redaksiyası Cavadovlar ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
