20 sentyabr 2013 11:42
Dünya çempionatının seçmə mərhələsində millinin oyunlarına bilet 10 manata
AFFA 2014-cü il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimizin son iki oyununa bilet satışı ilə əlaqədar kampaniyaya başlayıb. Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq.
Azerisport.az xəbər verir ki, biletlərin bir hissəsi endirimlərlə satılacaq və bir bilet iki oyuna nəzərdə tutulacaq. Arzu edənlər iki oyuna bileti sektordan asılı olaraq 10 manata və 12 manata əldə edə biləcəklər. Biletlərin qalan hissəsi hər oyun üçün ayrıca satışa çıxarılacaq. Xatırladaq ki, kampaniya günorta başlayır.
Əlavə edək ki, Şimali İrlandiya yığması ilə oyuna biletin qiyməti sektordan asılı olaraq 4-50 manat, Rusiya yığması ilə oyuna isə 8-100 manat aralığında olacaq.
Hər iki oyun Bakıda “Bakcell Arena”da baş tutacaq. (AFFA)
