21 sentyabr 2013 21:54
Millimizin forvardı ehtiyatda qaldı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası evdə “Kasımpaşa” ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz bu oyunda ehtiyatda qalıb.
Qeyd edək ki, “Sivasspor” geridə qalan turlarda 6 xal toplayıb və hazırda 9-cu sıradadı.
Türkiyə Super Liqası
5-ci tur
21 sentyabr
Sivasspor - Kasımpaşa - 1:2
