21 sentyabr 2013 20:55
Popoviç ehtiyatda qaldı, Usim Nduka 90 dəqiqə oynadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “Adanaspor”la qarşılaşıb. Görüş sülhlə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviç yenə də ehtiyat oyunçular arasında yer alıb və şans qazanmayıb. Nduka isə start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 6 xalla 11-ci pillədə qəraraşıb.
Türkiyə PTT Birinci Liqası
6-cı tur
21 sentyabr
Tavşanlı Linyitspor - Adanaspor - 2:2
