20 sentyabr 2013 13:27
Rizvanov Dünya Bacarıqlar Finalında
Xəbər verdiyimiz kimi, "Manchester United" Futbol Məktəbinin Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etmiş Tamerlan Rizvanov "Manchester United" Futbol Məktəbinin Dünya Bacarıqlar Finalına vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, Tamerlan Rizvanov 2013-cü il oktyabr ayının 17-dən 20-dək İngiltərənin Mançester şəhərində Aon İdman Kompleksində Dünya Bacarıqlar Finalında iştirak edəcək.
Bundan əlavə, o, 2013-cü il oktyabrın 19-da da "Old Trafford" stadionunda İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Manchester United" - “Southhampton” oyununu izləyəcək. (AFFA)
