20 sentyabr 2013 13:45
Elnur Allahverdiyev rəsmən Qəbələdə (FOTO)
“Qəbələ” sıralarını yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü, daha əvvəl “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”da top qovmuş Elnur Allahverdiyevlə yarımillik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müdafiəçi “Qəbələ”də 36 nömrəli forma ilə çıxış edəcək.
