20 sentyabr 2013 13:59
Elnur Allahverdiyev: Ölkənin ən iddialı klublarından birinə keçdim
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev “Qəbələ”yə keçidinin rəsmiləşməsinin ardından ilk təəssüratlarını paylaşıb. Azerisport.az xəbər verir ki, klub saytına açıqlamasında o, bunları söyləyib:
“Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim. Artıq 2 gündür ki Qəbələdəyəm. Çox gözəl atmosfer və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub komandanın hədəflərinə çatmasına kömək etməkdir. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram”.
