20 sentyabr 2013 15:01
Xəzər Lənkəran Bayıl Arenadakı hazırlığını tamamladı
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində AZAL klubunun qonağı olacaq "Xəzər Lənkəran" Bakıdakı hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq iki gündü ki, "Bayıl Arena"nın süni örtüklü meydançasında məşq edən komanda bu gün səhər məşqi ilə adıçəkilən arenadakı hazırlığını tamamlayıb.
Taktiki və fiziki çalışmaları yerinə yetirən futbolçulardan fərqli olaraq, Adrian Skarlatake hələ ki, komanda ilə birgə məşqlərə qatıla bilmir. Rumın müdafiəçi fərdi olaraq məşqlərini davam etdirir. Sabah matçın keçirələcəyi "AZAL Arena"da "Xəzər Lənkəran" oyun öncəsi son məşqinə çıxacaq.
