20 sentyabr 2013 15:44
Bakıdan rəsmi cavab: Bu hal Atletikoyla əməkdaşlığa kölgə sala bilməz!
"Bakı" Futbol Klubunun icracı direktoru Yaşar Seyidov İspaniyanın “Atletiko” klubunun futbolçusu Leo Baptistaonun Çempionlar Liqasında Rusiya “Zenit”i ilə oyunda formanı dəyişik salmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Atletiko”dakı rəsmi şəxslərlə əlaqə saxlamışam və onlar bildiriblər ki, futbolçu formanı səhv salıb. Leo Baptistao sadəcə məşq formasını geyinib. Bu hala görə o klub tərəfindən cəzalandırılıb. Baxmayaraq ki, Leo qol vurub, qaydaları pozduğu üçün cəzasız qalmayıb. Bu sadəcə anlaşılmazlıq olub. Ona görə bu hal “Atletiko” ilə “Bakı” əməkdaşlığına kölgə sala bilməz”.
