21 sentyabr 2013 17:57
Ariflə Saşanın komandası adını rəsmən dəyişdi (FOTOLAR)
Azərbaycanlı futbolçular - Arfi İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi Türkiyənin “Denizlispor” klubu adını rəsmən dəyişdirib. Azerisport.az xəbər verir ki, Dənizli klubu bundan sonra “Tekden Dənizlispor” adlanacaq.
Bu gün klubla Özəl Tekden Xəstəxanası arasında ad haqqı və forma sponsorluğu ilə bağlı müqavilə imzalanıb. “Dənizlispor" adını və forma reklamını xəstəxanaya 3.6 milyon lirəyə (təxminən 1.8 milyon manat) satıb. Anlaşmanın müddəti 3 ildi.
