21 sentyabr 2013 19:09
Mişel Platini Neftçi - Sumqayıt matçında
UEFA prezidenti Mişel Platininin Bakı səfəri davam edir. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri hazırda “Bakcell Arena”dadı.
Onu milli komandamızın baş məşqçisi Berti Foqts və Fransanın Bakıdakı səfirliyinin nümayəndəsi müşayət edir. UEFA prezidenti AFFA prezidenti Rövnəq Abdullayevlə birgə stadiondan Premyer Liqamızın oyununu izləyir.
Qeyd edək ki, hazırda "Bakcell Arena"da "Neftçi" - "Sumqayıt" oyunu keçirilir.
