21 sentyabr 2013 20:47
Milinko Pantiç: Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdi
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “İnter”lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib oyuna üç mərkəz müdafiəçi ilə başlamışdı. Oyuna tam nəzarət edirdik, erkən qol vurduq. Müdafiədə buraxdığımız bir səhv qapımıza qolla nəticələndi. Yenidən hesabda irəli çıxsaq da, oyunun sonlarına yaxın qapımızdan ikinci qolu buraxdıq. Qalib gələ bilərdik, qol imkanlarımız çox oldu. Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdi. İki xal itirdiyimizi düşünürəm. İtirdiyimiz xalları qarşıdakı oyunlarda bərpa etməyə çalışacağıq”.
