21 sentyabr 2013 21:00
İnterin məşqçisi: Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq
“İnter”in məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Bakı” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Sona kimi gərgin oyun oldu. Nəticənin necə olacağını təxmin etmək mümkün deyildi. İlk hissədə yaxşı oynamadıq, fasilədə isə baş məşqçimiz taktiki dəyişiklik etdi və bundan sonra yaxşı oynadıq. Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq, xalları qazanmağa davam edəcəyik. Heç-heçə bizə çox lazım idi”.
